"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səkkiz bələdiyyə ambulatoriyanın inşasına başlayıb

--2016-02-11 / 11:50

 “On  altı bələdiyyəmizin hər biri rayonumuzun  sosial-iqtisadi inkişafında öz sözünü deyib”- bu fikri  Abşeron Rayon icra Hakimiyyətinin başçısı  iradə Gülməmmədova deyib.

Xanım icra başçısının sözlərinə görə, hər bir  inzibati ərazi vahidliyində bələdiyyələr tərəfindən sosial-məişət obyektləri istifadəyə verilib. Məktəb, poliklinika, ambulatoriya, idman meydançaları və digər obyektlər yerli büdcə vəsaitləri hesabına Abşeron sakinlərinin istifadəsinə verilib. 

Hazırda səkkiz bələdiyyə  öz ərazilərində həkim-ambulatoriya binasının inşasını davam etdirir.

Yaxın günlərdə onlar da istifadəyə veriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR