"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səmərəli iş fəaliyyətinin təşkili nəticəsində həmin bələdiyyənin borclari tam ödənilib

--2022-12-19 / 17:47

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması ümummilli lider Heydər əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər əliyev kursunun layiqli davamçısı kimi Ölkə Prezidenti ilham əliyevin də apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib. Bütün bu sadalanan uğurların fonunda qeyd etmək istəyirəm ki, ötən dövr ölkə bələdiyyələrinin inkişafı üçün olduqca münbit şərait yaradılmışdır.

Ölkəmizdə yaradılmış əlverişli şəraitdən bəhrələnərək Quba bələdiyyəsi də hesabat dövründə sakinlərlə qarşılıqlı əməkdaşlıq fonunda fəaliyyət göstərmiş, həmişə sakinlərimizin yanında, xüsusən də sosial qayğıya ehtiyacı olan ailələrin yanında olmağa çalışmışıq.                                                                                                                                                                  

2020-ci ilin əvvəlindən başlayaraq ölkədə yayılan koronovirus pandemiyasının yaratdığı çətinliklər Quba sakinlərinin də gündəlik məişətində və əmək fəaliyyətlərində ciddi problemlər yaratmağa başladı. Pandemiya ilə mübarizədə ölkə rəhbərinin çağırşlarına qoşularaq, Bələdiyyəmiz rayon icra hakimiyyəti və digər dövlət hakimiyyəti orqanları ilə birgə müvafiq tədbirlərin həta keçirilmişdir. Karantin rejimi qaydalarına əməl etməklə bağlı şəhər sakinləri ilə genişmiqyaslı maarifləndirmə işləri aparılmış, sakinlərin vaksinasiyaya cəlb edilməsi, dezinfeksiya işlərinin təşkili və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsində fəal iştirak etmişik. Karantin müddətində işsiz qalan , sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət ayrılmış, lazımi qayğı göstərilmiş, onlara mütəmadi olaraq ərzaq və maddi yardımlar göstərilmişdir.

27 sentyabr 2020-ci il tarixdə başlamış 44 günlük II Qarabağ müharibəsi zamanı Müzəffər Ali baş komandanımız cənab ilham əliyevin rəhbərliyi i Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatan Vətən müharibəsi dövründə əsgərlərimizə lazım olan ərzaq və isti əşyalar göndərilməsi təşəbbüsünə qoşularaq yardımlar etmişik. Müharibədə şəhid verən ailələrlə və qazilərlə, istər müharibə dövründə istərsə də bu gün daima yaxın təmasdayıq, eyni zamanda onların məişət probləmlərinin və digər problemlərinin həllində onlara yaxından köməklik göstəririk.

44 günlük Vətən müharibəsində Zəfər gününün qeyd olunmasını Qubada böyük qürür hissi ilə təşkil etmişik. şəhidlərimizin adlarının əbədiləşdirmək məqsədilə RiH ilə birgə küçələrə şəhidlərin adlarını vermişik . şəhidlərin yas mərasimləri, anım günləri və doğum günlərində daima şəhid ailələrinin yanında olmuşuq. 5 şəhid ailəsinə fərdi mənzil tikintisindən ötrü torpaq sahəsi ayrılmışdır və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

Bələdiyyəmiz Ulu Öndərimiz Heydər əlirza oğlu əliyevin təməlini qoyduğu Bələdiyyə məktəbini öz əməli işimizlə davam etdirməyə çalışırıq. Rayonumuzda keçirilən bütün tədbirlərdə fəal iştirak edirik və təşkilati işlərdə dəstəyimizi əsirgəmirik. Fəaliyyət dövrümüz ən çətin dönəmlərdən keçməsinə baxmayaraq öz işimizlə daim vətəndaşlarımıza, sakinlərimizə xidmət etməyə, onların qarşılaşdıqları problemləri vaxtında həll etməyə çalışırıq.

Bildiyimiz kimi görülən bütün işlərin təməlində maliyyə vəsaiti durur. Bələdiyyəmizin büdcə gəlirlərini artırmaq məqsədi ilə vergilərin tam yığılmasına çalışırıq . Bu məqsədlə Milli assosiasiyanın 2016-ci ildən tətbiq etdiyi BAMS proqramı əsasında işimizi qurmuşuq. BAMS proqramı Bələdiyyələrin əsas gəlir yeri olan vergi və ödənişlərin toplanması işində səmərəliyi artırdı. Nəticə etibarı ilə torpaq və əmlak vergisinin dəqiq hesablanması və yeni vergi ödəyicilərinin qeydiyyata alınması tamamilə asanlaşdı. Vergi ödənişlərindən yayınan vətəndaşlar barəsində qanunamüvafiq olaraq Bələdiyyə qərarı əsasında Quba Rayon icra və Probasiya şöbəsinə müracət edirik və məcburi ödəmə qaydasında büdcəyə vəsait cəlb edirik. Fəaliyyətə başladığımız dövrdə Quba Bələdiyyəsinin ötən dövrlər üzrə bir sira borclarının olmasına baxmayaraq, səmərəli iş fəaliyyətinin təşkili nəticəsində həmin borclar tam ödənildi və hal-hazırda Quba Bələdiyyəsinin Məcburi Dövlət Sosial və Tibbi sığortaya, şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına üzüvlük ödənişləri üzrə heç bir borcu yoxdur. Proqramın tətbiqi ilə bağlı göstərdikləri davamlı texniki dəstəyə görə Quba bələdiyyəsi adından Milli Assosiasiyanın rəhbərliyinə və hər bir əməkdaşına minnətdarlığımı ifadə etmək istəyirəm

Hesab edirəm ki, BAMS proqramının imkanlarından hələ də tam istifadə etməmişik. Gələcək fəaliyyətimizi bələdiyyəmizin büdcə gəlirlərinin artırması istiqamətində quraraq, şəhər sakinlərimizə daha kefiyyətli xidmətlər göstərmək niyyətindəyik.

Humayə Məmmədova

Quba şəhər Bələdiyyəsinin sədri

(Məqalə sədrin Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının

19.12.2022-ci il tarixdə keçiriləcək ümumi yığıncağındakı çıxışı əsasında hazırlanıb)

 

 

ŞƏRHLƏR