sorğu
şəmkir rayon Sarıtəpə bələdiyyəsinin sədri Aytəkin Musayevanın Belediyye.infoya verdiyi məlumata görə, bələdiyyənin təşkilatçılığı və BP şikətinin dəstəyi, habelə təşəbbüsü ilə bələdiyyə ərazisində yaşayan sakinlər arasında maarifləndirici tədbirlər keçirilir.
Layihə çərçivəsində həm təhlükəsizlik, həmdə əhalinin sağlamlığına müsbət təsir edən mövzular ətrafında məruzələr oxunur və ciddi fikir mübadiləsi aparılır.
Sədrin sözlərinə görə, boru kəməri kəndin ərazisindən keçir. Kəmərin təhlükəsizliyi baxımından həmdə belə layihələri keçirilməsinin mühüm əhəmiyyəti vardır.
Seminarda sakinlərə həmçinin maarifləndirici bukletlər paylanılıb.
Belediyye.info