"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səmiyyətin çıraqla axtarıldığı bir vaxtda…. BəLəDiYYə SəDRiNi HANSi HADiSə DUYÄžULANDIRDI?

--2017-05-10 / 20:19

Sabunçu  rayonu Ramana bələdiyyəsinin sədri intizar Rzayeva bu sosial şəbəkədə maraqlı status paylaşıb.

O qəsəbə bələdiyyəsinə daxil olan bir məktub barəsində öz düşüncələrini paylaşıb. Bələdiyyə sədrini düçşüncələrini olduğu kimi təqdim edirik:

“Bu gün səhər işə gələrkən bir məktub aldım. Düzü, hər hansı idarə və təşkilatdan gəldiyini düşündüm. Amma, zərfi açanda təəccübləndim, deməli saralmış bir vərəqdə gözümə həyəcanla yazıldığı ilk baxışda hiss olunan sözlər dəydi.

Astara rayonundan 84 yaşlı əməkdar müəllim yazmışdı. O düz 61 il əvvəl bərabər təhsil aldıqları və bizim qəsəbənin sakini olmuş xanımı tapmaqda ona köməklik etməyi xahiş edirdi.

Bəlkə də, çoxları üçün bu sıradan bir məktubdur, amma deyim ki, mən çox duyğulandım.

Səmiyyətin çıraqla axtarıldığı bir vaxtda bu məktub mənə sadiqliyin, saf hisslərin mövcudluğunu xatırlatdı. Məktubu oxuyub bitirdikdən sonra həmin insanin kaş ki həyatda olmasını dilədim. Çünki,"təəssüf edirəm, həmin şəxs rəhmətə gedib" cümləsini yazmağa əlim gəlməzdi.

Çox şükür, tapdım həmin adamı. Tələsik məktubda göstərilən nömrəyə zəng vurub qocaman müəllimi müjdələmək istədim, amma düşündüm ki, yaxşı olar ki,o səmimiyyət dolu məktubu elə səmimiyyətlə də cavablandırım..."

Belediyye.info

ŞƏRHLƏR