şəmkir rayonunda baramaçılığın inkişafı məqsədiylə tut bağları salınır. Bunu ARB telekanalına açıqlamasında şəmkir rayonu Qaracəmlli bələdiyyəsinin sədri Rövşən Quliyev deyib.
əlavə olaraq qeyd edək ki, bu günədək bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda 14 min tut tinginin əkilməsi təmin olunub. Ümumilikdə isə, cari ildə rayon ərazisində 40 min tut tinginin əkilməsi planlaşdırılıb. Yerli bələdiyyələrin tərkibində yaradılan MMC-lərdə proses davam edir.
Sədrin sözlərinə görə, Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 1000-dən çox ting basdırılıb: “Kənddə 11 min tut tinginin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərində bu işlər aparılır. Məqsədimiz tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz töhfəmizi verməkdir”
Belediyye.info