"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir bələdiyyələri işsizliyi aradan qaldırmaq iddiasındadır

--2016-05-11 / 15:01

şəmkir  bələdiyyələri regionda işsizliyi aradan qaldırmaq məqsədiylə rayon icra hakmiyyətinin dəstəyi ilə bir sıra irimiqyaslı layihələri icrasına başlayıb. şəmkir bələdiyyyəsindən daxil olan məlumata görə, bu məqsədlə şəmkirdə yaradılan bələdiyyələr yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğunu təmin etməyə çalışır.  şəmkir bələdiyyəsinin nəzdində "Ceyrançöl 1" bitkiçilik və tərəvəzçilik müəssisəsi, Qaracəmirli bələdiyyəsi tərəfindən quşçuluq və camışçılıq təsərrüfatı, Çənlibel bələdiyyəsi tərəfindən turizm baxımından əlverişli olan "Maral bağı" yaradılıb.

Belediyye.infoya daxil olan məlumata görə, ümumimilikdə bu müəssisələrdə 1000 nəfərdən çox yerli sakin daimi işlə təmin olunub.

Yenicə istifadəyə verilən su və konserv istehsalı müəssisəsində isə ilkin mərhələdə 40 iş yeri yaradılıb. istehsal sahələrinin artırılması ilə gələcəkdə işçilərin sayının 100 nəfərə çatdırılması nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR