Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il ərzində 42 şəmkir bələdiyyəsi 645.800 manat yerli vergi toplayıblar.
Bu maliyyə vəsaitinin 104.800 manatı torpaq vergisindən, 101.400 manatı əmlak vergisindən,183.100 manatı bələdiyyə əmlakının özəlləşdirilməsindən, 66.600 manatı bələdiyyə əmlakının icarəsindən daxil olub.
2016-cı ildə rayon bələdiyyələri 100 manat mədən vergisi yığıblar.
il ərzində 5.100 manat küçə divar reklamlarından,12.600 manat stasionar və səyyar ticarətdən, 100 manat isə avtodayanacaqlardan daxil olub.
31.900 manat isə digər istiamqətlərdən daxil olan maliyyə vəsaitinin həcmidir.
Qeyd edək ki, şəmkir bələdiyyələrinin ən yüksək qazancı 2007- ci ildə olub. Həmin il şəmkir bələdiyyələri 908.000 manat vəsait əldə etmişdilər.
Ancaq digər maraqlı məqam ondadır ki, həmin il əmlak vergisnin həmci 8.600 manat olduğu halda, ötən il bu rəqəm 101.400 manata bərabər olub.
Belediyye.info