"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir bələdiyyəsi beş müəssisə təsis edib

--2016-01-27 / 11:08

Ölkəmizdə yerli özünüidarəetmə qurumu olan bələdiyyələrə dördüncü seçki 2014-cü ilin dekabrında 15 nəfərdən ibarət şəmkir bələdiyyəsi üzvlərini seçilmişlər. şəmkir bələdiyyəsi üzvləri elə ilk iclasında bələdiyyənin sədrini Vüqar Həsənov, ibrahim ibrahimov və idrak Həsənov sədrin müavini seçilmişlər. Hazırda bələdiyyənin icra aparatında 40-a yaxın işçi çalışmaqdadır. Bu barədə məlumat şəmkir bələdiyyəsindn daxil olub. Məlumatda qeyd edilir ki, bələdiyyə  üzvləri ali təhsilli olmaqla  əksəriyyəti gənclər və gənc qadınlardır.

şəmkir Bələdiyyəsi seçkidən  az sonra öz fəaliyyətini iqtisadi- inkişaf və sosial məsələlərin həlli istiqamətində qurmuşdur. Bələdiyyə ərazisində yaşayan təminata ehtiyaclı kateqoriyalı insanların siyahısını çıxartmış, onlara hər ay maddi cəhətdən yardımlar göstərilməkdədir. Bələdiyyənin ictimaiyyətə təqdim etdiyi hesabatda bildirilir ki, yerli əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə yeni iş yerləri yaradılması məsələsini qarşıya qoyan bələdiyyə onun həlli yollarını da tapıb.

Hazırda şəmkir Bələdiyyəsinin təssisçiliyi ilə  “şəmkir” ,  “Abad şəmkir”, “Ceyrançöl”,  “şəmkir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətləri yaratmışdır. şəmkir Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan 11 ha torpaq sahəsində 10 ha meyvə  bağı, 1 ha tinglik təsərrüfatı yaradıb. 10 ha meyvə bağında 2860 ədəd Xurma-Xirnik ağacı, 200 ədəd Nar ağacı, 400 ədəd Nektarın şaftalı ağacı, 100 ədəd Alça-göyçə ağacı, 100 ədəd Gilas ağacı əkmiş, onlara aqrotexnika qaydada qulluq işləri aprarılmış, forma verilmiş, budama işləri aparılmışdır. 1 ha tinglik təsərrüfatında 500 üzüm çubuğu, 41000 Nar çübuğu basdırılmış, hazırda yüksək bitiş faizi ldə edilmişdir. Bundan əlavə  cır Xirnik toxumu səpilmiş, 200000 dən artıq cücərtlər alınmışdır ki, gələcəkdə calağaltı kimi becərilərək tinglər əldə ediləcək və yeni bağlar salınacaq. Bu meyvə bağlarında əhalinin bir qrupu daimi iş yeri olaraq işləyəcək və gələn  gəlir bələdiyyə büdcəsinə daxil olaraq yeni-yeni sosial layihələrə, əhalinin sosial və iqtisadi məsələlərinin həllinə istiqamətləndiriləcək.

Bələdiyyənin təsisçiliyi ilə yaradılmış “Abad şəmkir” MMC, “şəmkir Aqro” kredit ittifaqından götürdüyü kredit hesabına şəmkir bələdiyyəsi mülkiyyətində olan 1,1 ha torpaq sahəsində su və cem zavodu tikintisinə başlayıb. şəmkir şəhər ərazisində yerləşən “şəmkirçay” dəryaçasından gələn “Ağ su” xəttinə qoşularaq müəssisə təmiz, yüksək keyfiyyətli içməli suyu qablaşdıraraq yerli  əhalini və mərkəz şəhərlərdə qablaşdırılmış içməli suyun satışı  ilə məşğul olmaq fikrinədədir.

Beləliklə həm su, və həmdə meyvələrdən hazırlanmış cem, kompot, mürəbbə və s. emal sahəsinin çalışması ilə əlaqədar yerli əhali işlə təmin olunacaq, qazancdan mənfəətdən bələdiyyə büdcəsinə gəlir gələcəkdir.

  Bələdiyyənin təssisçiliyi ilə yaradılmış digər müəssisə “Ceyrançöl” MMC müasir tipli traktor və texnikanı lizinq yolu ilə götürərək rayonun Ceyrançöl ərazisində buğda, qarğıdalı, katof və s. kənd təsərrüfatı bitkiləri istehsalı ilə məşğul olacaq.

  Bələdiyyənin təssisçiliyi ilə yaradılmış ”şəmkir tikinti” MMC  yaşayış məntəqələrinin daxili yollarının və səkilərinin düzəldilməsi üçün tamet yer örtüyü daşların sexini qurmaqla məşğul olaraq  yollarda təmir- tikinti işlərini aparılması üçün yeni, müasir qreyder- texnika alınmış və hal-hazırda daxili yolların təmiri  başlanmışdır.

Hesabatda daha sonra qeyd edilir ki, qısa müddət  ərzində şəmkir  Bələdiyyəsi iri layihələr həyata keçirməkdədir. Bütün bunlardan əlavə şəmkir Bələdiyyəsi rayonda keçirilən dövlət tədbirlərində yaxından iştirak edir və daimi rayon icra Hakimiyyətinin və  digər dövlət  idarə təşkilatları ilə  işlərini  uğurla, əlaqəli qurur. Bundan sonrada təkliflər, tövsiyyələr əsasında əhalimizə dövlətə dəstək olaraq, müvafiq layihələri həyata keçirmək üçün əzmlə çalışacağını bəyan edir.

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR