şəmkir rayon icra hakimiyyətinin təşəbbüsü və şəmkir Bələdiyyəsi şəhərin küçələrində cari təmir və təmizlik işlərini həyata keçirir. ilk olaraq şəhərin mərkəzi küçələrinin birində, Uşaq xəstəxanasına gedən yolun örtüyü və səkilər təmizlənmiş, əhməd Cavad, Sevil Qazıyeva küçələrində yol örtüyündə bələdiyyəyə məxsus “Liugong” qreyderi və “Komatsu” ekskvatoru ilə hamarlama işləri aparılıb.
Bununla yanaşı ərazilərdə olan kələ-kötür hissələr qum-çınqıl materialları doldurulub.
Bələdiyyənin yaydığı məlumata görə, bundan əlavə "Cillik" adlanan yaşayış sahəsindəki əli Bəy Hüseynzadə, Yaqub Hacıyev, Leyla Bədirbəyli, 1 May küçələrin də ağır texnikalar vasitəsilə hamarlama işləri aparılıb.
Qeyd edək ki, şəmkir bələdiyyəsi bundan əvvəl şəhərdə abadlıq quruculuq işlərinin daha operativ və keyfiyyətli aparılması üçün “Liugong” qreyderi və “Komatsu” ekskavator alıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|