"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir bələdiyyəsi istehsal sahəsi yaradıb

--2015-12-09 / 21:51

şəmkir Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə şəmkir Bələdiyyəsi nəzdində yaradılmış “Morul Tikinti MMC” yə məxsus olan müxtəlif üzlüklü bəzək daşlarını istehsal edən avadanlıqlar Türkiyə Respublikasından gətirilərək zavodun sahəsinə yerləşdirilməyə başlanılıb. Artıq zavod üçün ayrılmış ərazidə tikinti işləri həyata keçirilir.

Bu barədə Belediyye.infoya məlumatı şəmkir bələdiyyəsindən veriblər. Məlumatda bildirilir ki, şəmkir rayon icra hakimiyyətinin təşəbbüsü ilə şəmkir Bələdiyyəsinin köməyi ilə bələdiyyə ərazisində “Ağ dağ”lardan Morul yaşayış məntəqəsinə gedən yol təmir edilmiş, yol ətrafında təmizlik işləri aparılmış, yol kənarı tullantıları toplanaraq zibil tullantıları mərkəzinə daşınmışdır. Həmçinin yola qum materialı daşınaraq çala çuxurlar düzəldilmişdir.

Xatırladaq ki, “şəmkirimizi abadlaşdıraq” devizi əsasında şəmkir bələdiyyəsinin nəzdində yaradılan  “Morul Tikinti MMC” tamet istehsalı müəsisəsinin avadanlıqları noyabr ayından  Türkiyədə hazırlanaraq nəqliyyat vasitələrinə yüklənməyə başlamış və tez bir müddətdə şəmkir rayonuna çatdırılmışdır.

Zavodun 2016-cı ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Bununlada həm rayonun, həm də ətraf yaşayış məntəqələrinin lazımı səviyyədə və keyfiyyətdə müxtəlif ölçülü üzlük  daşlarla təmin ediləcəkdir.

Qeyd edək ki, şəmkir bələdiyyəsi belə istehsal sahəsinə sahib olan ilk bələdiyyədir. Bundan əvvəl Bələdiyyənin nəzdində yaradılan "Natural" şəmkir Təbii Mineral süfrə suları satışa çıxarılıb.

Belediyye.info

ŞƏRHLƏR