sorğu
şəmkir bələdiyyəsinin təşəbbüsü ilə şəmkir şəhər Zirəddin Həsənov küçəsində yaşayan sakinlər Vüqar Həsənov, Rasim Sadıqov, əkbər ibrahimov və ilqar ibrahimovun birgə maliyyə dəstəyi əsasında adıçəkilən küçədə uzunluğu 1,5 km-ə yaxın asfalt örtüyü salınmışdır. Bu barədə məlumatı şəmkir bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, görülmüş işlər küçə sakinlərini razı salmış və onların sevincinə səbəb olmuşdur.
Bu təşəbbüsə qoşulmaq üçün digər küçələrdən də müraciətlər daxil olmaqla küçələrinə asfalt örtüyü salmaq və digər abadlıq işləri görülməsini bildirmişlər. şəmkir bələdiyyəsi belə təşəbbüslərə qoşulmağı tövsiyə edir.
Belediyye.info
|
|
|
|
|
|
|