"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir icra Hakimiyyəti bələdiyyə sədrlərini də bir araya gətirdi

--2017-10-25 / 18:27

Bu gün şəmkir rayonunun inzibati ərazi Dairələri üzrə nümayəndəliklərinin və bələdiyyə sədrlərinin iştirakı ilə görüş keçirilib. Bu barədə məlumatı şəmkir RiH yayıb.

Görüşdə şəmkir RiH-nin başçısı Alimpaşa Məmmədov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.

Görüşdə giriş nitqi ilə çıxış edən rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbir iştirakçılarını salamlayaraq rayonun sosial-iqtisadi, mədəni və digər sahələrində əldə edilən uğurlardan danışıb. Həmçinin, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat sisteminin işlənilməsi, statistika idarəsinə statistik məlumatların vaxtında verilməsi, boş torpaq sahələrinin istifadə olunması, baramaçılığın inkişafı məqsədilə çəkil ağaclarının yetişdirilməsi və kümçülərin təyin olunması, istifadə müddəti başa çatmış şəxsiyyət vəsiqələrinin yerlərdə dəyişdirilməsi istiqamətində müvafiq tövsiyələr və tapşırıqlar verib.

Tədbir işçi qrupunun geniş müzakirələri ilə davam etdirilib.

Belediyye.info

ŞƏRHLƏR