şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmriylə Abdullayeva Aynur Ayaz qızı bundan sonra rayon icra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışacaq. Bu barədə məlumatı şəmkir Rayon icra Hakimiyyəti yayıb.
Bu gün şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə gənc xanım müavin Aynur Abdullayeva aparatın kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən A.Məmmədov qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub.
Rayon icra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanda gənclər siyasətin banisi xalqımızın ümmilli lideri Heydər əliyevdir: “Ulu öndər Heydər əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Aynur Abdullayeva da şəmkirin fəal gənclərindən biridir. Bu gün hər birimiz ona böyük etimad göstəririk və inanırıq ki, gənc xanım ona olan etimadları layiqincə doğruldacaq.”
Təqdimatda çıxış edənlər qeyd etdilər ki, son illərdə şəmkirdə yeni təyinatlar, xüsusilə də gənc kadrların vəzifəyə təyin edilməsi geniş vüsət almış və onlar da etimadı layiqincə doğrultmuşlar.
şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid şıxlinski, şəmkir Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz ibrahimov, şəmkir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Höccət əsədullayev də Aynur Abdullayevaya yeni işində uğurlar arzulayıblar.
Aynur Abdullayeva da çıxışında ona göstərilən etimada görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib.
Qeyd edək ki, Aynur Abdullayeva bundan əvvəl şəmkir Rayon icra Hakimiyyətinin başçısı Aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsində işləyirdi.
Belediyye.info