"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir Rayon icra hakmiyyəti bələdiyyələrdə müzakirələrə start verib

--2017-10-02 / 19:29

şəmkir rayon icra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşlarının iştirakıyla rayonun Düyərli bələdiyyəsində yerli vergi və ödənişlərin “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi”nə işlənilməsinin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Bu barədə məlumatı "Qərbinfo.az" saytı yayıb.

Sayt xəbər verir ki, müzakirələr zamanı bələdiyyənin vergi müfəttişlərinə  yerli vergi və ödənişlərin yığımının artırılması, uçot sisteminin dəqiqləşdirilməsi, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması barədə tövsiyyələr verilib.

Belə qərara alınıb ki, gələcəkdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarının istifadəsi üzrə dəqiq statistik məlumatların hazırlanması kimi məsələlər bu sistemdə daha dolğun təmin edilsin.

Sayt xəbər verir ki,  RiH təçəbbüsü ilə bu silsilədə müzakirələr  ardıcıl olaraq rayonun bütün bələdiyyələrində aparılacaqdır.

Belediyye.info

ŞƏRHLƏR