“Facebook” sosial şəbəkəsində daim öz fəaliyyətini təbliğ edərək şəkillər yerləşdirən şəmkir rayon Könüllü bələdiyyəsinin işi Belediyye.info olaraq bizim diqqətimizi çəkdi.
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan bələdiyyələri arasında Binəqədi, şəmkir, Bakının Nizami, Nərimanov, habelə Gəncə bələdiyyələri fəallıqları ilə seçilir.
Açıq etiraf etməliyik ki, bu sırada Binəqədi və şəmkir bələdiyyələri ardıcıl və sistemli şəkildə ictimaiyyətə məlumatlar yayırlar.
Belediyye.info olaraq artıq 100 yaxın bələdiyyəyə, istər “Facebook”, istər telefon, istərsədə e-mail vasitəsiylə müraciət olnur və bunlar dərhal qarşı tərəfdən cavablandırılır. Bizim məqsədimiz bu sırada olan bələdiyyələrin sayını artırmaq və onların həqiqətən gördükləri işləri təbliğ etməkdir.
Məhz növbəti addım olaraq əlaqə qurmaq və sosial şəbəkədə yerləşdirilən şəklillərin izahını almaq üçün şəmkir rayon Könüllü bələdiyyəsinin sədrini aradıq.
Bizə verilən və özünün də sosail şəbəkədə qeyd etdiyi telefon nömrəsinə ardıcıl olaraq bir neçə gün zəng etsək də cavab ala bilmədik.
Təəssüf ki, sosial şəbəkədə də müraciət etsəkdə cavab gəlmədi.
Hər halda onu öyrənə bildik ki, bələdiyyənin sədri əlif Bəşir oğlu Hüseynovdur. Və uzun illərdir bələdiyyə sahəsində çalışır.
Bələdiyyə sədri olaraq hər kəsin vəzifəsi media təmsilçilərinə açıq olmaq, edilən zənglərə cavab vemək və edilən müraciətlərə aydınlıq gətirməkdir. Obyektiv və subyektiv səbəblər olsa da belə hörmətli sədr ona edilən ardıcıl edilən zənglərə özü də aydınlıq gətirməliydi.
əlif Hüseynov yəqin ki bunu bilməmiş deyil.
Belediyye.info