şəmkir regional ədliyyə idarəsi əməkdaşları 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəmkir rayon şəhidlərinin əlyev Elvin Famil oğlu, Məmmədov Vacib Zabit oğlu ailələrini ziyarət edilib.
şəmkir regional ədliyyə idarəsi əməkdaşlarının iştirakıyla keçirilən görüşlərdə bildirilib ki, torpaqlarımızın yağı düşməndən qorunması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi hər daim dərin ehtiramla yad edilir. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.
Görüşdə qeyd edilib ki, müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub.
Öz növbələrində şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti ilham əliyevə və Birinci vitse-prezident Mehriban xanım əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Belediyye.info
|
|
|