şəmkir Regional ədliyyə idarəsi və şəmkir Rayon icra Hakimiyyətinin birgə təşkilatçılğı ilə 2017-ci ilin ikinci yarımilində bələdiyyə üzviləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə seminar keçirilib.
Bu barədə məlumatı şəmkir RiH yayıb. Seminarda şəmkir rayonunda formalaşan 41 bələdiyyənin sədrləri iştirak edib.
Tədbiri giriş sözüylə şəmkir Regional ədliyyə idarəsinin rəisi Zahir Hümbətov açaraq bələdiyyələrin üzərinə düşən məsuliyyət yükündən danışıb.
Seminarda idarənin əməkdaşları Taryel Qəhrəmanov, Qara Muradov və Vüqar Məmmədov geniş məruzələrlə çıxış ediblər.
Natiqlər çıxışlarında bələdiyyə aktlarının qəbulu və icrası, bələdiyyə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyə qulluğu və bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri haqqında məlumatlar veriblər.
Belediyye.info
|
|
|
|