şəmkir regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən 10.03.2023-cü ildə Tovuz rayonu YAP-ın inzibati binasında bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirməsi məqsədilə seminar keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan şəmkir regional ədliyyə idarəsinin baş məsləhətçisi Qara Muradov qarşıdan müasir və müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lideri Heydər əliyevin anadan olmasının 100-cü ildönümü yaxınlaşdığını və Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər əliyev ili” elan edilməsini qeyd edib.
Daha sonra şəmkir regional ədliyyə idarəsinin əməkdaşları çıxış edərək ulu öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, o cümlədən demokratik hüquqi dövlət quruculuğunda və yerli özünüidarəetmə institutunun yaradılmasında Heydər əliyevin xidmətlərindən bəhs etmişdir.
Bundan sonra idarənin əməkdaşları tərəfindən “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətindəşəffaflığın artırlmasının zəruriliyi, bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərkətsizlikləri”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilənin bağlanması və müqavilədən irəli gələn öhdəlikərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işləri ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşılıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədəəhəmiyyəti” barədə mövzular ətrafında çıxışlar edilmiş, müzakirələr aparılmışdır.
Seminar müşavirənin sonunda bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.
Belediyye.info
|
|
|