"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir regional ədliyyə idarəsi Tovuzda seminar keçirib

--2017-05-31 / 10:23

şəmkir regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Tovuz rayonunda fəaliyyət göstərən bələdiyyə üzvləri və qulluqçuları üçün seminar keçirilib. Bu barədə məlumat şəmkir regional ədliyyə idarəsindən daxil olub.

Seminarda idarə  əməkdaşları tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi, bələdiyyə torpaqlarının təyinatı üzrə istifadə edilməsi və mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkilinin xüsusiyyətləri”, “Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrin elan edilməsi Qaydası” və “insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu və vəzifələri, bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirlərinin görülməsi” mövzularında çıxışlar edilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Tədbirdə Tovuz rayonunda fəaliyyət göstərən 41 bələdiyyənin ümumilikdə 52 üzvü və qulluqçusu iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR