"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir RiH-də daha bir gəncə vəzifə verildi

--2017-07-03 / 18:13

şəmkirdə Rayon icra Hakmiyyətində yeni təyinat baş tutub. Belediyye.infoya daxil olan məlumata görə,  Atakişiyeva Güllü Allahverən qızı şəmkir Rayon icra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu vəzifəsinə təyin edilib.

Yeni kadr rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə Aparatın kollektivinə təqdim edilib.

icra başçısının sözlərinə görə,  gənclərin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur:

”Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər əliyevdir. Ulu öndər Heydər əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub.

şəmkirdə gənclər siyasətinin bariz nümunələrindən biri son zamanlar rayonda gənclərin müxtəlif vəzifələrə təyin olunmasıdır.”

Təqdimat mərasimində çıxış edən  Alimpaşa Məmmədov daha sonra bildirib ki, dövlətimizin başçısı ilham əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək ixtisaslı gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur: "Biz də bu siyasətdən yararlanaraq rayonumuzda gənclərin qüvvəsindən maksimum istifadə etməyə çalışırıq".

Güllü Atakişiyeva da çıxış edərək bildirib ki, gənclərə göstərilən bu etimad, diqqət və qayğının onların daha səylə çalışmalarına, müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi naminə sıx birləşməyə stimul verir.

Qeyd edək ki, Güllü Atakişiyeva daha öncə Zəka Gənclərin intelektual inkişaf və Yaradıcılıq Mərkəzində marketinq mütəxəssisi vəzifəsində çalışıb.

Belediyye.info

ŞƏRHLƏR