"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir sakini bələdiyyəyə marşrut təşkilini təklif edir

--2017-03-28 / 18:53

şəmkir rayon sakini Belediyye.infoya müraciət edib.

Müraciətdə şəmkir rayonu Təzəkənd nümayəndəliyinin Qarabağlar kəndinə marşrut xəttinin təşkili təklif olunur.

Belediyye.infoya müraciət edən şəmkir rayon sakini Təranə ələkbərova  yerli bələdiyyəyə adıçəkilən kəndə gediş-gəlişin problemli olduğunu əsas gətirərək yerli bələdiyyəyə marşrut xəttinin təşkili xahiş olunur.

Rayon mərkəzindən 18 kilometr uzaqlıqda olan kənddə hər hansı marşrut işləmir. Kənd sakinlərindən 5-6 nəfərinin şəxsi avtomobili vardır. Kənd sakinləri şəhər mərkəzində işə gedib gəlmək və ya hər hansı bazara getmək üçün üç  marşrut dəyişmək məcburiyyətrində qalırlar. Bu da öz  növbəsində əlavə xərc deməkdir.

Marşrut xəttinin təşkili, həm sakinlərin şəhər mərkzəində  gediş-gəlişini təmin etməklə yanaşı, həmdə əlavə iş yerlərinin açılmasına təkan verə bilər.

şəmkir sakini bununla bağlı başqa bir təklifi də verməyi unutmayıb:

“Yaxşı olar dı ki, səhər saat doqquzda kəndən çıxıb saat 4 –də şəhərdən qayıtmaq şərtiylə təşkil olunsa daha gözəl olar”

Belediyye.info  

ŞƏRHLƏR