"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkir sakinləri bələdiyyəyə təşəkkür etdi

--2017-02-20 / 19:36

Bu günlərdə  şəmkir rayon C.Məmmədquluzadə küçəsinin sakinləri şəmkir rayon bələdiyəsinin sədri Vüqar Həsənova təşəkkür məktubu ünvanlayıblar. Sosial şəbəkədə  paylaşılan məktubda qeyd edilir:

“Hörmətli Vüqar müəllim!

şəmkir şəhər  C.Məmmədquluzadə küçəsinin sakinləri 30.01.17 tarixində  yaşadığımız küçənin yuxarı hissəsinin yolunun təmiri barədə ünvanladığmız müraciətin operativ olaraq Sizin rəhbərlik etdiyiniz bələdiyyənin  müsbət  dəyərləndirməsi  sayəsində tez bir zamanda, yəni   küçəmizin artıq  08-09.02.2017-ci il tarixində təmir edildiyi üçün başda Siz olmaqla şəmkir  bələdiyyəsinin bütün kollektivinə və bu işdə hər bir əməyi olan insanlara dərin minnətdarlğımızı bildirərək təşəkkür edirik.

Gələcəkdə şəhərimizin bələdiyyə seçkilərinə əgər Siz təkrar olaraq qatılmış olsanız, biz sakinlərin Sizin seçilmənizə təkrar olaraq səs verməyimizə əmin ola bilərsiniz.

ALLAH sizdən razı olsun! Bu gün ölkəmizdə, rayonumuzda Sizin kimi nümayəndələr daha çox olarsa daha çox müsbət irəliləyişlərin şahidi olarıq.

Sizə və kollektivinizə can sağlığı, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq!.

Hörmətlə: şəmkir rayon C.Məmmədquluzadə küçəsinin sakinləri”

Belediyye.info

ŞƏRHLƏR