şəmkir rayonunda formalaşan 42 bələdiyyə 2017-ci il ərzində 801.800 manat maliyyə vəsaiti toplaya bilib. Bu ötən ildəki rəqəmdən 24.2 faiz artıq deməkdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, büdcə gəlirlərində torpaq vergisinin həcmi 16.3 faiz, əmlak vergisinin həcmi 19.2 faiz, reklamlardan daxil olan ödənişin həcmi 0.5 faiz olub.
il ərzində 42 bələdiyyəyə ayrılan dotasiyanın həcmi isə 111.300 manat təşkil edib.
2017-ci ildə şəmkir bələdiyyələrinin büdcəsinə avtodayanacaqlardan 200 manat daxil olsa da , mədən vergisindən və mehmanxana ödənişlərindən bir manat da olsa vəsait daxil olmayıb.
Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxil olan vəsaitin həcmi 304.600 (yəni 38.%), icarəyhə verilməsindən isə 77.400 manat (9.7%) maliyyə vəsaiti daxil olub.
Maraqlı məqam ondadır ki, şəmkir bələdiyyələri tərəfindən təsis edilən ona yaxın müəssisədən yerli büdcəyə hər hansı vəsaiti daxil olmayıb.
Belediyye.info