"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkirdə bələdiyyələrin iştirakıyla toplantı keçirilib

--2017-05-02 / 15:27

şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun sədirliyi ilə nümayəndəliklər və bələdiyyələrin fəaliyyəti, qarşıda duran vəzifələr mövzusunda iclas keçirilib. Bu barədə məlumatı şəmkir RiH yayıb.

iclasda şəmkir Rayonu inzibati ərazi Dairəsi üzrə nümayəndələr, nümayəndəliklərin əməkdaşları, rayon bələdiyyə sədrləri və əməkdaşları, ədliyyə Nazirliyinin şəmkir Regional ədliyyə idarəsinin əməkdaşları və bir sıra xidmat sahələrinin rəhbərləri iştirak ediblər.

iclasın gündəliyinə nümayəndəliklərdə sosial, iqtisadi, kənd təsərrüfatı və sahibkarlıq istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr, nümayəndəliklərdə təsərrüfatbaşına kitabların illər, bölmələr, qrafalar üzrə mərkəzi elektron sistemdə işlənməsi, vətandaşların müraciətlərinə baxılması, kargüzarlıq işlərinin, Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatının və Notarial əməliyyatların aparılması, bələdiyyələrin nəznində yaradılmış MMC-lərin və “Sudan istifadəedənlər” Birliklərinin fəaliyyətinin gücləndirilməsi daxil edilib.

Eyni zamanda baramaçalılığın, şəkər çuğunduru, arıçılığın və kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi də müzakirə mövzularından olub.

şəmkir Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayon ərazisindəki yolların, körpülərin abad və təmiz saxlanması və digər məsələlərlə bağlı inzibati ərazi Dairəsi üzrə nümayəndələrə ciddi tapşırıqlarını verib.

Rayon icra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov iclasda giriş nitqi ilə çıxış edib: “Bu günki toplantı şəmkirin həyatında önəmli rol oynayacaq. Azərbaycanda bu gün gedən iqtisadi inkişaf, ölkəmizin günü gündən çiçəklənməsi hamımıza məlumdur. Azərbaycanda ötən bir neçə il ərzində qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Rəsmi statistika və makroiqtisadi göstəricilərə əsasən son 8 ildə ölkədə qeyri-neft sektorunda artım 2.2 dəfədən çox olub. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü doğruldub. Keçid dövrünü  yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. 

Bu gün şəmkir rayonu ölkədə gedən proseslərlə, inkişafla ayaqlaşmağı bacarır. Çünki Prezident ilham əliyevin qeyri-neft sektorunda apardığı işlər rayonumuz üçün əsas götürülüb. Biz qeyri-neft sektorunun rayonda inkişafı üçün inamla irəliləyirik.

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə malik olan kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması isə təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və bu proses davam edir. Həm də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir

Son illər ölkədə baramaçılığın inkişaf etdirilməsi istiqamətində önəmli işlər görülür. Bu sahədə də şəmkir gedən prosesslərdə yaxından iştirak edir və zəhmətkeşlərimizin sayəsində öz töhvələrimizi verməyə başlamışıq. Düşünürəm ki, bu il bu sahayə daha sürətli templə qoşulacağıq.

Dövlətimizin başçısı ilham əliyevin qeyri-neft sektorunun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, şəmkirin Ceyrançöl ərazisində məqsədyönlü tədbirlər həyata keçirilir. Vaxtilə boz çöllərdən ibarət olan bu ərazilər indi yaşıllıqlara bürünüb. Ceyrançöl ərazisində şəmkir bələdiyyəsi tərəfindən əkin sahələrinin suvarılması istiqamətində davamlı işlər görülür.”

Tədbrin sonunda iştirakçıları maraqlandlıran suallara cavab verilib.

Belediyye.info

ŞƏRHLƏR