Noyabrın 14-15-də şəmkir şəhərində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının və şəmkir Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi perspektivləri” mövzusunda konfrans keçiriləcək.
Bu barədə məlumatı Belediyye.infoya Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov verib. Onun sözlərinə görə, şəmkir şəhər Heydər əliyev mərkəzində baş tutacaq ikigünlük konfransda Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Milli Məclisin Regional məsələlər Komitəsinin üzvləri, şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının sədrləri, habelə şəhər bələdiyyə sədrləri və ətraf rayonların bələdiyyə sədrləri iştirak edəcəklər.
Tədbirdə həmçinin ədliyyə, Maliyyə və Vergilər nazirliyinin rəsmilərinin də iştirakı nəzərdə tutulub.
Konfransın birinci günündə Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadənin, Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazovun, şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun çıxışları nəzərdə tutulub.
Tədbirdə Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevın “Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsində bələdiyyə-vətəndaş əlaqələrinin rolu” mövzusunda, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Binəqədi rayonu, M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun “Yerli vergi və ödənişlərin yığılması təcrübəsi, əldə olunan uğurlar və nəticələr” mövzusunda, Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevin “Yerli vergi və ödənişlərin yığılması sahəsində bələdiyyələrin qarşısında duran vəzifələr, üzləşdiyi problemlər və onların həlli yolları” mövzusunda, şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənovun “Bələdiyyə müəssisələrinin və xidmət sahələrinin yaradılması və fəaliyyətinin təşkili təcrübəsi və perspektivləri” mövzusunda məruzələri olacaqdır.
Kofransda həmçinin Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini əli əkbərlinın “Bələdiyyə mülkiyyətinin idarə edilməsi üsulları və perspektivləri” mövzusunda, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin iqtisadi inkişafı və əlaqələndirilməsi departamentinin direktoru Pərviz Muradovun “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin” bələdiyyələrdə tətbiqi təcrübəsi, üstünlükləri və perspektivləri” mövzusunda çıxışları nəzərdə tutulub.
Konfransın ikinci günü şəmkir bələdiyyələrinin nəzdində yaradılmış müəssisələrin fəaliyyətiylə tanışlıq olacaqdır.
Belediyye.info