"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkirdə Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüş keçirilib

--2019-09-27 / 07:03

Sentyabrın 26-da Latviya ilə həyata keçirilən mədəniyyətlərarası əməkdaşlıq çərçivəsində həmin ölkənin "Kamolinş" milli rəqs qrupunun şəmkirin Heydər əliyev Mərkəzində çıxışını izləmək üçün rayonda səfərdə olan Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançs ilə görüş keçirilmişdir.

Bu barədə məlumatı sosial medaida Milli Məclisin üzvü Kamran Bayramov bildirib.

Görüşdə səfirə şəmkir rayonu haqqında geniş məlumat verilmiş, ölkələrimizin yerli özünüidarəetmə orqanları arasında yüksək səviyyədə olan əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunmuş, qarşılıqlı maraq kəsb edən sahələr üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

ŞƏRHLƏR