"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmkirdə şuranın yeni tərkibdə ilk iclası keçirilib

--2017-05-30 / 11:40

şəmkir Rayon icra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun sədirliyi ilə rayon icra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.

Belediyye.info Qərbinfo.az  istinadən xəbər verir ki, iclasda şuranın 13 nəfər üzvü və rayon ərazisində ictimai-siyasi və təbliğat işinin fəaliyyətinin artırılması ilə bağlı yaradılmış təşviqat qruplarının üzvləri iştirak edib.
şura iclasını giriş nitqi ilə şəmkir Rayon icra Hakimiyyətinin başçısı  Alimpaşa Məmmədov açaraq şuranın yeni tərkibi haqqında sərəncam mətnini iclas iştirakçılarının diqqətinə çatdırıb və şuranın yeni tərkibinə uğurlar arzulayıb.
Daha sonra A. Məmmədov şuranın çox vacib məsələlərin müzakirəsi üçün toplandığını, rayonda ideoloji işin təbliğinin şura üçün prioritet mövzu olduğunu bildirib.
Rayon icra Hakimiyyətinin başçısı qeyd edib ki, şura üzvləri bir-biri ilə sıx əlaqəli fəaliyyət göstərməli, əhalinin fikirlərini yaxından öyrənməli, xaricdə yaşayan sakinlərlə sıx əlaqələr qurulmalıdır.

şuranın fəaliyyət istiqamətlərinə təhsil, səhiyyə, mədəniyyət, idman, gənclər siyasəti, media və.s məsələlər də daxil edilməlidir. 
Cənab Alimpaşa Məmmədov bildirib ki, şəmkirdə bütün sahələrdə aparılan işlərin və reallaşdırılan islahatların ideoloji təminatı rayonda ictimai-siyasi işin təşkilindən birbaşa aslıdır:” Buna görə də ictimai-siyasi sahədə aparılan işin əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, rifah halının yüksəldilməsi, sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə bağlıdır.” 
 icra başçısı şəmkirdə sosial media və KiV-in inkişafı istiqamətində də lazımi addımların atıldığının önəmindən danışıb.
şura iclasında çıxış edən şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid şıxlinski də şuranın rayon üçün vacibliyindən danışmış, bütün sahələrdə çalışan mütəxəssislərin qarşılıqlı fəaliyyətinin şəmkirin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağını bildirib.

Belediyye.info

ŞƏRHLƏR