"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şəmsəddin Xanbabayev təltif edildi

--2019-03-28 / 16:35

Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “əmək” ordeni ilə təltif edilib.Bununla bağlı martın 28-də prezident ilham əliyev sərəncam  imzalayıb.

ş.Xanbabayev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.

Xatırladaq ki, aprelin birində  ş.Xanbabayevin 80 yaşı tamam olur.

 Qeyd edək ki, şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1939-cu il aprelin1-də Naxçıvan MR Ordubad rayonunun Aşağı əndəmic kəndində anadan olub.

Orta təhsilini doğulduğu kənddə alıb.

1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu, 1969-cu ildə isə Azərbaycan Politexnik institutunda təhsilini davam etdirib.
əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlayıb. iki il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olub.

1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon icraiyyə Komitəsinin sədri, 1980-cı ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR Baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli sərəncamı ilə Xaçmaz Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin sərəncamı ilə şöhrət ordeni, 04 aprel 2014 cü il tarixli sərəncamı ilə şərəf ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.

Belediyye.info

ŞƏRHLƏR