Sənədsiz mənzillərlə bağlı hazırda ciddi bir layihəyə start verilib. Belə ki, "Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 13.05.2019-cu il tarixli 37 nömrəli Sərəncamının icrasına dair 27.06.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar məlumat forması bütün icra və bələdiyyə strukturlarına göndərilib.
Hazırda bununla bağlı siyahıya alınma prosesi gedir. Anket formasında maraqlı məqam ondadır bəri başdan magistral boru kəmərlərinin, gərginliyi 10 KVt-dan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, avtomobil yollarının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, suların mühafizə zonalarında, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin 20-50 metrlik sahilboyu zolağında, habelə sürüşmə zonalarında yerləşən yaşayış evləri və torpaq sahələri siyahıya daxil edilmir.
Belə qənaətə gəlmək olar ki, bu kateqoriyaya düşən evlər ya sənədsiz qalacaq, ya da sökülə bilər. Bununla bağlı yəqin ki, bir konsepsiya var. əgər varsa sualların meydana çıxmaması üçün açıqlansaydı daha yaxşı olardı.
Anket formasından hiss olunur ki, bu dəfə məsələyə çox ciddi yanaşılıb. Bu gün layihənin icrası sürətlə gedir və bir sıra rayonlarda ardıcıl olaraq bununla bağlı müşavirə və seminarlar keçirilib.
Lakin bəzi məqamlar tək mənim üçün yox elə, ictimaiyyət üçün, habelə sənədsiz mənzil sahibləri üçün də qaranlıq qalıb.
Bu bizim ilkin suallarımızdır. Hər halda bu məqamlara vaxtında aydınlıq gətirilməlidir ki, əlavə suallar meydana çıxmasın.
Düşünürəm ki, layihə rəhbərləri bununla bağlı öz fikirlərini bildirəcəklər.
Beləliklə, uzun illərdən bəri yüz minlərlə insanın həvəslə və həsrətlə gözlədiyi gün cənab Prezidentin göstərişindən sonra yaxınlaşmaqdadır. Prosesə start verilməsi hər kəsin ürəyincədir. Proses uğurla başa çatsa təssəvür edin ki, minimum 550 min mənzil sahibinin əlində çıxarışı olacaqdır. Bu ilk növbədə vətəndaşın xeyrinə yönələn bir addımdır, ikinci növbədə isə bələdiyyələrin büdcə gəlirlərinə kifayət qədər müsbət təsir edəcəkdir.
Lakin bir məqamı da qeyd edim ki, bələdiyyə seçkilərinin astanasında belə bir prosesə start verilməsi gələcəkdə veriləcək sualların sayını həm artıra, həmdə çətinləşdirə bilər. Odur ki, ölkə başçısının tələb etdiyi vətəndaş məmnunluğunun təmin edilməsi üçün prosesdə son dərəcə yüksək şəffaflığın təmin edilməsi gərəkdir.
Vüqar Tofiqli