"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səngəçal bələdiyyəsi işçi axtarır

--2017-05-19 / 10:04

Səngəçal  bələdiyyəsi işçi axtarır

 --2017-05-19 / 10:03

Qaradağ rayonu Səngəçal  bələdiyyəsi  “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq bələdiyyə qulluğuna işə qəbul üçün aşağıdakı vəzifəyə     19.05.2017-ci il tarixdən  müsabiqə elan edir.

   -  müfəttiş -1 yer

 Namizədin müsabiqəyə buraxılması qaydası:

 On altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun  peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.

 Müsabiqədə iştirak üçün tələb olunan sənədlər:

 Bələdiyyə orqanlarında qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30(otuz) gün müddətində bələdiyyə orqanına   aşağıdakı sənədləri təqdim etməlidir:

 -          vahid forma üzrə ərizə (1 nömrəli əlavə);

 -          kadrlar uçotunun şəxsi vərəqəsi;

 -          tərcümeyi hal;

 -          təhsil haqqında sənədin surəti;

 -          şəxsiyyət aa arayış;

 -   3x4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

 Müsabiqədə iştirak etmək arzusunda olanlar  Səngəçal  bələdiyyəsinin Səngəçal qəsəbəsi, Suvorov   küçəs  ünvanındakı inzibati binasında yerləşən Müsabiqə komissiyasına müraciət edə bilərlər.

 Sənədlər komissiya üzvü    Bədəlova şəlalə  Güloğlan   qızı  tərəfindən qəbul edilir.

 Tel: 012-544-77-61

  Qaradağ   rayonu   Səngəçal bələdiyyəsi

ŞƏRHLƏR