sorğu
Qaradağ rayonu Səngəçal bələdiyyəsinin sədri şəlalə Bədəlovanın Belediyye.infoya verdiyi məlumata görə, yerli büdcə müzakirə edilsə də hələ təsdiq edilməyib. Yaxın günlərdə bələdiyyə iclasında yekun müzakirə keçirib təsdiq edəcəyik.
Ötən ildəkindən 5 min manata yaxın artıq vəsaitın yığımasını proqnozlaşdıran bələdiyyə torpaq satışından gəlirləri də büdcədə nəzərə alıb.
Carı ildə 15 min manata yaxın vəsait yığıldığını deyən sədr əmlak vergisini yığımına beş bələdiyyə qulluqçusunun cəlb edildiyini qeyd edib.
Hazırda bələdiyyədə orta aylıq əməkhaqqınnın 150-240 manat arasında dəyişdiyini qeyd edən sədr büdcə gəliri imkan verərsə gələcəkdə qəsəbə üçün daha böyük layihələrin icrasını həyata keçirəcəklərini bildirdi.
Belediyye.info