"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səs-küy salanlar ciddi cəzalandırılacaq

--2016-02-01 / 13:54
 
əksər vətəndaşları narahat edən bu problem həllini tapır. Qonşuların bir-birinə qarşı məsuliyyətinin artırılması üçün qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur. Yeni layihə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 12-dən səhər 7-dək məişət səs-küyünün qarşısının alınmasına hesablanıb. Gecə saatlarında səs-küy salanlar, ucadan mahnı oxuyanlar, musiqi alətlərini ucadan çalanlar, televizoru və maqnitofonu gur səslə oxudanlar cərimələnəcəklər. 
 
Bakı sakini Məlik Musayev: "Səs-küy salım, dava salım. Heç kəsin haqqını tapdalamaq olmaz. Yaxşı qərardır ümumiyyətcə. Bu qərarı tam dəstəkləyirəm".
 
inzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər Milli Məclisdə qəbul edilsə, məişət səs-küyünə qarşı mübarizə tələblərini pozan fiziki şəxslər 300 manatdan 400 manatadək cərimələnəcəklər. Vəzifəli şəxsləri isə daha yüksək məbləğdə 2 500 manatdan 3 500 manatadək cərimə gözləyir. Paytaxt sakinləri cəza tədbirlərinin sərtləşdirilməsini zərurui saysalar da, cərimələrin yüksək olmasından narahatdırlar. 
 
Bakı sakini Adilə Məhərrəmova: "Sakitcilikdi. Mən deyə bilmərəm ki səs-küy çox olur həyətdə. Mən razıyam qonşulardan. Elə adamlar var ki səs-küy salır gecələr. Cərimələr olar. Olsun 100 manat, 200 manat, amma yuxarı olmasın". 
 
Bakı sakini Xatirə: "Olur ki biri təmir edir, evə köçür, evdən köçür. Cürbəcür hadisələr baş verir. Bu qanunvericiliyə xoş baxıram mən. Bu məbləği aşağı etmək olar: 200 manat, 300 manat, 400 manata qədər".
 
Ekspertlərin fikrincə, yeni layihə cəmiyyətdə tez-tez yaşanan qonşuların səs-küyündən doğan problemlərin effektiv həllinə təkan verəcək.
 
Millət vəkili Rafael Cəbrayılov:"insanların istirahət hüququ çox mühüm konstitusion hüquqdur. Yəni onun pozulmasına qarşı inzibati tənbeh tədbirinin görülməsi, yəni bunun inzibati Xətalar Məcəlləsinə daxil edilməsi çox vacib məsələ idi. Düşünürəm ki bu yeni layihəni xarakterizə edən əsas dəyişikliklərdəndir.Cəmiyyətdə hüquqlar balanslaşdırılmalıdır. Bir şəxsin hüququnun təmin edilməsi, digərinin hüququnun pozulmasına gətirib çıxara bilər.
 
inzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər Milli Məclisdə qəbul edilsə, bu il mayın 1-dən qüvvəyə minəcək. Lakin qonşu münasibətləri az qala insanlıqla yaşıddır. Elə məsələlər var ki, onu qanun deyil, sadə məntiq tənzimləyir. Hətta qanun qəbul edilsə də, elə bir mexanizm işləyib hazırlamaq mümkün olacaqmı ki, qonşunun qonşudan şikayəti qərəzli olmasın….
ŞƏRHLƏR