"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Səyyar görüşlər qurumların qarşılıqlı əməkdaşlıq fəaliyyətində bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir

--2022-09-06 / 11:49

Yerli özünüidarəetmə ölkəmizdə formalaşmaqda olan institut kimi əsaslı surətdə inkişaf etməkdədir. Prezident ilham əliyevin sosial yönümdə apardığı uğurlu siyasətin, o cümlədən əhalinin rifahının yüksəlişinə yönəldilmiş sosial iqtisadi islahatların aparılması əsas idarəetmə orqanları ilə yanaşı bələdiyyələrin də səmərəli fəaliyyətini əhatə edir. Hər bir sahədə olduğu kimi yerli özünüidarə sisteminin inkişafı dinamik xarakter daşıyır və bu sahədə mütəmadi islahatlara tələbat artmaqdadır. Hal-hazırda Bibiheybət Bələdiyyəsinin yenidən təşəkkül edərək, o cümlədən əhalinin sosial, iqtisadi, hüquqi problemlərinin həllində digər qurumlar ilə bərabər yaxından iştirak etməsi , qəsəbə sakinlərinin lokal problemləri səsləndirməsi baxımından vətəndaşlarla keçirilən səyyar görüşlər mühüm əhəmiyyət kəsb edir. Bibiheybət qəsəbəsinin yenidən təşəkkülü mövcud olan dəyişiklərlə bərabər çatışmazlıqların da aradan qaldırılmasında vacib sayılan islahatlar aidiyyəti qurumlarla bərabər tətbiq edilir.Bibiheybət bələdiyyəsinin cari ilin yay mövsümündən başlayan,hər həftənin cümə günləri keçirilən səyyar görüşlər- SiH nümayəndəsi, Polis idarələrinin sahə müvəkkili, Kommunal Xidmət Sahələrinin nümayəndələri,Bakı Abadlıq Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir.

Qeyd edək ki, cari ilin iyun-Avqust aylarında ümumi 12 görüş keçirilmiş, 63 sakininin şikayəti qeydə alınmış, qəsəbə sakinlərini narahat edən problemlər aidiyyəti üzrə qurumların nümayəndələrinə yerindəcə yönəldilmişdir və operativ surətdə həll edilmişdir. Qeyd edilən şikayətlərin əksəriyyəti evlərin dam örtüyünün dəyişdirilməsi,fasadların,həyətyanı sahələrin təmiri və ya yenidən bərpası ilə bağlı olan müraciətlərdir və tərəfimizdən aidiyyatı üzrə Bakı Abadlıq Xidmətinə yönəldilmişdir. Sakinləri narahat edən digər problemlər isə tam qurumuş və yarım qurumuş ağacların budanması, kəsilməsi, əhalinin su ilə təchizatında təzyiq problemi, kanalizasiya təchizatında yaranan problemlər, sayğacların quraşdırılması və dəyişdirilməsi, küçə və döngələrin işıqlandırılması, asfalt örtüyünün çəkilməsi və s. bu kimi problemlərlə əlaqədardır.Qeyd edilən şikayətlərlə bərabər iqtisadi cəhətdən aztəminatlı ailələrin sosial rifahı ilə bağlı Bibiheybət bələdiyyəsi və bələdiyyənin komissiya üzvləri tərəfindən edilən şifahi və yazılı müraciətlər rəsmiləşdirilərək bələdiyyənin iclasına gündəmə gətirilərək həll edilmişdir. Səyyar görüşlərdə səsləndirilən hər problem operativ surətdə yerindəcə həll edilərək vətəndaş və dövlət qurumlarının qarşılıqlı əməkdaşlıq fəaliyyətində bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir.

Bibiheybət qəsəbəsində həyata keçirməkdə olan vətəndaşların səyyar görüşünün mahiyyəti vətəndaşların yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə yönəlmişdir və səyyar görüşlər vətəndaşlarla sıx münasibətin yaranmasına xidmət edən zəruri addımdır.

Bələdiyyə-vətəndaş münasibətlərinin möhkəmlənməsi seçicilərin etimadını qazanmağa və mənafelərinin təmin edilməsində rol oynayır.Bələdiyyə üzvləri hər biri təşkilatçılıq bacarıqlarını inkişaf etdirərək, operativlik və prinsipiallıq kimi tələbləri səyyar görüşlər nəticəsində inkişaf etdirərək funksiyalarını yerinə yetirirlər.

Validə Həsənova

Səbail rayonu Bibiheybət bələdiyyəsinin sədri 

ŞƏRHLƏR