"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan Bələdiyyəsi üzvlərinin ümumi yığıncağı keçirilib

--2021-12-17 / 14:10

Yığıncaqda ötən 11 ayın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Yığıncağı giriş sözü ilə şirvan Bələdiyyəsinin sədri K.B.Muradov açaraq qeyd etdi ki, ilin 11 ayında görülən işlər onu göstərir ki, il uğurla başa çatacaqdır. K.B.Muradov bildirdiki 2020 -ci il ölkəmizin tarixində görünməmiş hadisələrlə yadda qalıb. Ali Baş Komandanımız cənab ilham əliyevin yenilməz iradəsi nəticəsində ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 gün ərzində yağı düşməndən xilas etdi. ərazi bütövlüyümüz bərpa olundu. Bu hər birimizin qəlbini qürur hissiylə doldurur. şirvan Bələdiyyəsidə öz növbəsində vətən muharibəsində şəhid olan ailələrin qayğısını diqqət mərkəzində saxlayır, şəhid ailələrinə, qazilərə maddi və mənəvi köməyini əsirgəmir. Bunu özümizə mənəvi borc bilirik. Biz bundan sonrada torpaqlarımızın azadlıqı uğrunda vuruşan insanları diqqət mərkəzində saxlayacağıq.

 K.B.Muradov qeyd etdi ki, bu gün Bələdiyyənin fəaliyyətində əsas istiqamətindən biri də Torpaq və əmlak vergisinin toplanmasıdır. Bu sahədə aparılan iş dahada canlandırılmalıdır. Hər bir vergi müfəttişi eyni zamanda Bələdiyyə qulluqçusu və üzvləri əhali arasında geniş izahat işləri aparmalıdır. Onlara izah olunmalıdır ki, hər bir vətəndaş Torpaq və əmlak vergisini ödəmək üçün şəxsiyyət vəsiqəsi, Torpaq və əmlakının sənədləri ilə birlikdə Bələdiyyə gəlib BAMS (Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) sistemində qeydiyata düşməlidir. Ona görədə əhali arasında maarifləndirmə işləri genişləndirilməlidir.

Yığıncaqda Yerli Ödənişlər və Vergilər şöbəsinin müdri ə.D.Yusifov, torpaq şöbəsinin müdri M.M.Məmmədov, Bələdiyyə qulluqçularından D.N.Mehdiyev, S.T.əzimov və başqaları çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifədən danışmışdırlar.

  Sədr K.B.Muradov yığıncaqa yekun vurmuşdur.

  şirvan Bələdiyyəsinin mətbuat xidməti

                                                             

 

ŞƏRHLƏR