Sentyabr ayının 29-da ədliyyə Nazirliyinin şirvan Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Hacıqabul rayonu ərazisində yerləşən Hacıqabul, Talış, Meyniman, Qarasu, ələtli, Muğan, Padar, Atbulaq, Rəncbər, Abdulabad, Qubalıbalaoğlan, Birinci Udullu və ikinci Udullu bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri”, “Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti”, “Bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası”, ”Bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri”, “Maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi”, “Dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri”, “Bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri”, “Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyi” mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan şirvan Regional ədliyyə idarəsinin böyük məsləhətçisi Məqsəd Abdin idarənin məsləhətçisi (iqtisadçı) Cavanşir şükürovu və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra M.Abdin, C.şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.
Mövzular ətrafında Hacıqabul bələdiyyəsinin sədri Sahil şükürov, ələtli bələdiyyəsinin sədri Anar Ağamalıyev, ikinci Udullu bələdiyyəsinin sədri Mübariz Süleymanov və başqaları tərəfindən verilən sualları idarənin əməkdaşları tərəfindən cavablandırıldı.
idarənin böyük məsləhətçisi Məqsəd Abdin seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.
şirvan Regional ədliyyə idarəsi
|
|
|