Sentyabrın 27-də ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Hacıqabul bələdiyyəsinin inzibati binasında Hacıqabul rayonu ərazisində fəaliyyət göstərən Hacıqabul, Talış, Meyniman, Padar, Qarasu, ələtli, Muğan, Atbulaq, Rəncbər, Abdulabad, Nəvahi, Qubalıbaloğlan, Nəvahi qəsəbə, Birinci Udullu, ikinci Udullu bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə "Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilmesi","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Yerli özünüidarəetmədə etik davranış qaydaları", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan şirvan regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi Yusif Səfərov, idarənin məsləhətçisi Famil Kazımov və idarənin iqtisadçısı Cavanşir şükürovu seminar iştirakçılarına təqdim etdi. Bu barədə məlumatı şirvan regional ədliyyə idarəsi yayıb.
Sonra əməkdaşlar mövzular barədə cıxışlar etdilər və son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdı.
Mövzular ətrafında Qubalıbaloğlan bələdiyyəsinin sədri əsgərov Mircəfər , Birinci Udullu bələdiyyəsinin sədri Təhməzov Ramiz və başqaları tərəfindən verilən sualları idarənin əməkdaşları tərəfindən cavablandırıldı.
idarənin əməkdaşları seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.
Belediyye.info
|
|
|
|