Belediyye.info xəbər verir ki, martın 15-də ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala rayonu ərazisində yerləşən Neftcala, Həsənabad, Boyat, Yenikənd, Yuxarı Qaramanlı, Tatarməhlə, Xıllı, Yeniqışlaq, Qaraqaşlı, Xol Qarabucaq, Xol Qaraqaşlı, Qırmızıkənd, Qacaqkənd, Xəzər, Aşağı Surra, Qədimkənd, Aşağı Qaramanlı bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr”, “Yerli büdcə gəlirlərinin artırılması və onlardan səmərəli istifadə olunması sahəsində 2022-ci il ərzində görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr”, “Müasir çağırışlar fonunda bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasının zəruriliyi,bələdiyyələrin vəzifəli şəxslərinin korrupsiyaya və digər neqativ hallara şərait yaradan hərəkət və ya hərəkətsizlikləri barədə”, “Müxtəlif kateqoriya müraciətlərə baxılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər və bu zaman qanunla müəyyən edilmiş müddətlərə riayət edilməsinin zəruriliyi”, “Yerli səviyyədə turizmin inkişafı və bu sahədə bələdiyyələr tərəfindən göstərilə biləcək xidmətlər”, “Müqavilələrin bağlanması və müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı qanunvericiliyin tələbləri”, “Yerlərdə abadlaşdırma işlərinin aparılması ilə bağlı bələdiyyələrin vəzifələri və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı”, “insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına riayət edilməsi prinsipinin yerli özünüidarəetmədə əhəmiyyəti barədə” mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Ceyhun Məmmədovu, iqtisadçı (məsləhətçi) Cavanşir şükürovu və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra C.Məmmədov, C.şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.
Mövzular ətrafında Yuxarı Qaramanlı bələdiyyəsinin sədri Xanım Kərimova, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov, Boyat bələdiyyəsinin sədri Dəyanət Həşimov və başqaları tərəfindən verilən sualları idarənin əməkdaşları tərəfindən cavablandırıldı.
idarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.
Sonda bələdiyyələrin fəaliyyətinə dair qanunvericiliklə bağlı hazırlanmış “Metodik sənədlər toplusu” kitabı bələdiyyə üzvlərinə və qulluqçularına paylanılmışdır.
Belediyye.info
|
|
|
|
|
|
|