"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsi Neftçala şəhərində seminar keçirib

--2018-10-17 / 16:40

ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Neftcala rayonu ərazisində yerləşən Neftcala, Həsənabad, Boyat, Yenikənd, Yuxarı Qaramanlı, Tatarməhlə, Xıllı, Yeniqışlaq, Qaraqaşlı, Xol Qarabucaq, Xol Qaraqaşlı, Qırmızıkənd, Qacaqkənd, Xəzər, Aşağı Surra, Qədimkənd, Aşağı Qaramanlı bələdiyyələrinin sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Bələdiyyə aktlarının qəbulu və icrası", “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, "Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilməsi","Bələdiyyə torpaqlarının qiymətləndirilməsi", "Bələdiyyə qulluğuna qəbul", "Yerli vergi borcunun ödənilmə qaydası" mövzularında seminar-müşavirə keçirilmişdir.

Seminarı giriş sözü ilə acan şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin aparıcı məsləhətçisi Yusif Səfərovu seminar iştirakçılarına təqdim edib. Sonra Y.Səfərov  mövzular barədə cıxışlar edib və  son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırıb

Mövzular ətrafında  Neftcala bələdiyyəsinin sədri Rövşən Quliyev, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşı tərəfindən cavablandırıldı.

idarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

şirvan regional ədliyyə idarəsi
 
 
 
 
 

 

 
 
 
ŞƏRHLƏR