"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan Regional ədliyyə idarəsi Sabirabad bələdiyyələri üçün seminar keçirib

--2021-05-19 / 18:46

ədliyyə Nazirliyinin şirvan Regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayonu ərazisində yerləşən Sabirabad, Qalağayın, Cavad, Qasımbəyli, Surra, Kürkəndi, Yolçubəyli, Qaralar, Ulacalı, Qaratəpə, əhmədabad, Quruzma, Həşimxanlı, və Axısxa bələdiyyələrinin bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  "Debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi yönəldilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri”, “Yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımında olan çatışmazlıqlar, onların aradan qaldırılması yolları, bələdiyyənin vəzifəli şəxslərinin məsuliyyəti barədə qanunun tələbləri”, “Bələdiyyə torpaqlarından istifadənin səmərəliliyinin təmin edilməsi məqsədilə həyata keçirilməli tədbirlər, torpaq icarə müqavilələrinin ləğvi, dəyişdirilməsi (o cümlədən icarə haqlarının bazar məzənnəsinə uyğunlaşdırılınası) və ləğvi ilə əlaqədar qanunvericiliyin tələbləri, pilot Nəsimi bələdiyyəsinin bu sahədə müsbət iş təcrübəsi. Bələdiyyə torpaqlarının icarəyə və subicarəyə verilməsində olan çatışmazlıqlar və onların aradan qaldırılması yolları, torpaq icarə müqaviləsinin bağlanması, ləğvi və dəyişdirilməsi qaydası”, ““Elektron kənd təsəsrrüfatı” informasiya sistemində bələdiyyələrin iştirakı”, “Bələdiyyələrin işində şəffaflığın artırılması, bələdiyyələrin hesabatları barədə qanunvericiliyin tələbləri”, “Yerli özünüidarəetmədə müasir iKT imkanlarından, o cümlədən Bələdiyyələrlə iş portalının ilkin versiyasından səmərəli istifadə olunması” və “Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Nizami ili elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə bələdiyyələrin fəal iştirakı barədə" mövzularında seminar-müşavirə keçirilmişdir. Seminarı giriş sözü ilə acan şirvan Regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov idarənin məsləhətçisi Cabir Məmmədovu, iqtisadçı (məsləhətçi) Cavanşir şükürovu və baş mütəxəssis Lalə Atakişiyevanı seminar iştirakçılarına təqdim etdi. Sonra C.Məmmədov, C.şükürov və L.Atakişiyeva mövzular barədə cıxışlar etdilər və  son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırdılar.

 Mövzular ətrafında Yolçubəyli bələdiyyəsinin sədri Xəzər Abışov, Qasımbəyli bələdiyyəsinin sədri Cəmil Məmmədov, Qalaqayın bələdiyyəsinin sədri Valid Hüseynov və başqaları tərəfindən verilən sualları idarənin  əməkdaşları tərəfindən cavablandırıldı.

idarənin rəisi Nizami Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirdi. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırdı.

 şirvan Regional ədliyyə idarəsi

ŞƏRHLƏR