"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsi Sabirabadda seminar keçirib

--2017-05-17 / 13:36

Mayın 17-də ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayon ərazisində fəaliyyət göstərən Sabirabad, Qalağayın, Cavad, Qasımbəyli, Surra, Kürkəndi, Yolcubəyli, Qaralar, Ulacalı, Qaratəpə, əhmədabad, Qruzma, Həşimxanlı və Axısxa bələdiyyələrin sədrləri, üzvləri və qulluqçularının iştirakı ilə  “Vətəndaşların müraciətləri haqqında”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili” ,  “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilməsi” və "Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi"mövzularında seminar-müşavirə keçirilib. Bu barədə məlumat şirvan regional ədliyyə idarəsindən daxil olub.

şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırıb.

Sonra idarənin aparıcı məsləhətçisi Yusif Səfərov mövzularla bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verib.

Mövzular ətrafında Sabirabad  bələdiyyəsinin sədr müavini Zakir əskərov,  Surra bələdiyyəsinin sədri Pakizə Qəhrəmanova və başqaları tərəfindən verilən suallar idarənin  əməkdaşları tərəfindən cavablandırılıb.

N.Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirib. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırıb.

 Belediyye.info

 

ŞƏRHLƏR