"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsi Sabirabadda seminar keçirib

--2017-06-21 / 19:22

ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Sabirabad rayon ərazisində fəaliyyət göstərən Nizami, Moranlı, şəhriyar, əliləmbəyli, Minbaşı, Qaragüney, Güdəcühür, Azadkənd, şıxsalahlı, Çölbeşdəli və Muğangəncəli bələdiyyələrin  bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə  “Vətəndaşların müraciətləri haqqında”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunculuğun təmin edilməsi” və "Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi" mövzularında seminar-müşavirə keçirilib.

şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırıb.

Sonra idarənin aparıcı məsləhətçisi Yusif Səfərov mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verib.

Tədbirdə həmçini əMDK-7 saylı ərazi idarəsinin müfəttişləri Nazir Quliyev və Vəli əliyevdə iştirak ediblər.

Mövzular ətrafında Minbaşı   bələdiyyəsinin sədri Urfulla Qocayev, Moranlı bələdiyyəsinin sədri Dədəkişi Dövlətov və başqaları tərəfindən verilən suallar idarənin  əməkdaşları tərəfindən cavablandırılıb.

N.Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirib. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırıb.

Belediyye.info

ŞƏRHLƏR