Belediyye.infoya ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsindən daxil olan məlumata görə, idarənin təşkilatçılığı ilə şirvan və Hacıqəhrəmanlı bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” və “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında seminar-müşavirə keçirilib.
şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan məqsədyönlü işlər barədə iştirakçıları məlumatlandırıb.
idarənin məsləhətçisi Yusif Səfərov mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verib.
Mövzular ətrafında şirvan bələdiyyəsinin sədr müavini Xəqani Həsənov, Hacıqəhrəmanlı bələdiyyəsinin sədri Samirə Abışova, şirvan bələdiyyəsinin bələdiyyə qulluqçusu Məlikağa Məmmədov və başqaları tərəfindən verilən suallar şöbənin əməkdaşları tərəfindən cavablandırılıb.
şirvan regional ədliyyə idarəsinin inzibati binasında keçirilən seminarda N.Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini seminar iştirakçıları ilə bölüşüb. O, bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən təklif və tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv sənədlərinin təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin nəzərinə çatdırıb.
Belediyye.info