"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsində bələdiyyə üzvləri və qulluqcuları ücün hüquqi maarifləndirmə kursu kecirilmişdir

--2017-03-10 / 15:10

Belediyye.infoya daxil olan məlumata görə, şirvan regional ədliyyə idarəsinin inzibati binasında 10 mart 2017-ci il tarixdə   2017-ci ilin birinci yarımilində  şirvan regional ədliyyə idarəsinin yuridiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə üzvləri və qulluqcuları ücün hüquqi maarifləndirmə kursu kecirmişdir.

Kursun proqramına uyğun olaraq, ədliyyə Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxılış fakultəsinin baş məsləhətçisi, ədliyyə müşaviri Qalib Məmmədov və ədliyyə Akademiyasının Cinayət prosesi kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət əsgərova   bələdiyyə üzvləri və qulluqcularının fəaliyyətlərinin  səmərəliliyinin artırılması istiqamətində "Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi və Bələdiyyə qulluqçularının etik davranış qaydaları", “Vətəndaşların müraciətləri haqqında"  Azərbaycan Respublikasının qanunu, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, "Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmaların qarşısının alınması", “Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri”  mövzularında mühazirələr oxumuşlar.

Sonda ədliyyə akademiyasının əməkdaşları tədbirdə iştirak etmiş  bələdiyyə üzvləri və qulluqcularını maraqlandıran suallara geniş və əhatəli cavablar vermişlər.

Belediyye.info

ŞƏRHLƏR