"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan Regional ədliyyə idarəsində bələdiyyə üzvlərinə tədris kursu keçirilib

--2018-07-02 / 08:54

şirvan Regional ədliyyə idarəsinin inzibati binasında   şirvan Regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan bələdiyyə üzvləri və qulluqçuları üçün, maarifləndirmə məqsədilə tədris kursu keçirilib.

Tədbiri şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov giriş sözü ilə açaraq ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr barədə iştirkaçılara məlumat verib.

Tədbirdə "Bələdiyyə qulluqçularinin etik davraniş qaydalari", "Bələdiyyə və bələdiyyə müəssələrində arxiv işinin təşkili", "Bələdiyyələrin fəaliyyətində şəffavliğin artirilmasi və korrupsiya hüquqpozlalarinin qarşisinin alinmasi" və "Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri" mövzularında ədliyyə Nazirliyinin Akademiyasının Vəkillərin ixtisasartırma və peşəyə buraxlış fakültəsinin baş məsləhətçisi Qalib Məmmədov, Akademiyanın Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, ədliyyə müşaviri Mətanət əsgərova, ədliyyə Akademiyasının ədliyyə sahəsində idarəetmə kafedrasının müəllimi, I dərəcəli ədliyyə qulluqçusu Səyyad Məcidov və ədliyyə Akademiyasının Bələdiyə, dövlət və qeyri-dövlət qurumları üçün hazırlıq fakultəsinin baş məsləhətçisi, I dərəcəli ədliyyə qulluqçusu Samir Nuriyev   mühazirələr oxuyublar.

Proqramın davamı olaraq mühazirələr     dinlənildikdən   sonra   iştirakçılar mövzular   ətrafında məruzəçilərə   müxtəlif   suallar vermiş və verilən bütün suallar   cavablandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR