"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan regional ədliyyə idarəsində seminar keçirilib

--2017-02-28 / 12:11

Belediyye.infoya daxil olan məlumata görə, fevralın 28-də ədliyyə Nazirliyinin şirvan regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Hacıqabul rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin  bələdiyyə sədrləri, bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə “Bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Vətəndaşların müraciətləri haqqında”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili” və “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi” mövzularında seminar-müşavirə keçirilmişdir.

şirvan regional ədliyyə idarəsinin rəisi Nizami Hüseynov seminar- müşavirəni giriş sözü ilə açaraq son vaxtlar ədliyyə Nazirliyi tərəfindən aparılan islahatlar və eyni zamanda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə aparılan işlər barədə iştirakçıları məlumatlandırıb.

Sonra idarənin aparıcı məsləhətçisi Yusif Səfərov mövzular ilə bağlı seminar iştirakçılarına ayrı-ayrılıqda ətraflı məlumat verdi.

Mövzular ətrafında Qubalıbaloğlan  bələdiyyəsinin sədri Mircəfər əskərov, I Udullu bələdiyyəsinin sədri Ramiz Təhməzov və başqaları tərəfindən verilən suallar şöbənin əməkdaşları tərəfindən cavablandırıldı.

N.Hüseynov seminarın işinə yekun vuraraq qarşıda duran vəzifələr barədə öz fikirlərini bildirib.

idarə rəisi bələdiyyə aktlarının, həmçinin idarə tərəfindən bələdiyyələrə göndərilən tövsiyələrin müzakirəsinə dair qərarların qanunla müəyyən olunmuş müddətdə idarəyə göndərilməsini, bələdiyyə üzvlərinin və qulluqçularının ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmasının vacibliyini, korrupsiya cinayətlərinə bələdiyyələr tərəfindən yol verilməməsi, bələdiyyə sədrlərinin qanunla müəyyən edilmiş müddətdə və qaydada arxiv orqanlarına təhvil verilməsini, bələdiyyə torpaqlarının ayrılması ilə bağlı qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmasını və s. bələdiyyə sədrlərinin diqqətinəçatdırdı.

Sonda seminar iştirakçılarının sualları cavablandırırlıb.

Belediyye.info    

 

ŞƏRHLƏR