Abışova Samirə əli qızı 1979-cu il 2 yanvar tarixində Sabirabad rayon Rüstəmli kəndində ziyalı ailəsində anadan olub.
1996-cı il Rüstəmli kənd orta məktəbi, 2000-ci ildə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib
2003-cü ildən şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyində kiçik elmi işçi, 2007- ci ldən baş fond-müdüri vəzifəsində çalışıb.
2003- cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2008- ci ilin aprel ayından şirvan şəhər Heydər əliyev Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
2009-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində şirvan şəhər Bələdiyyəsinin üzv seçilib.
2011-ci ildə Azərbaycan Gənclərinin VI forumunda , 2013 cü ildə Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçısı olub.
2014- cü ilin dekabrında keçirilən seçkilərdə Hacıqəhramanlı bələdiyyəsinin üzv, yanvar ayında keçirilən ilk bələdiyyə iclasında isə sədr vəzifəsinə seçilib.
Ailəlidir. Bir oğlu var.
Bələdiyyə sədri olaraq əsas məqsədi: Azərbaycan Respubllikasının regionlarının social-iqtisadi inkişafı dövlət (2014-2018-ci illər) proqramının tələblərini öz işində tətbiq edərək, Bələdiyyə ərazisində kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməsinə, kənd təssərrüfatı məhsullarının istehlakçıya çatdırılmasına hərtərəfli dəstək , əhalinin rifahının yaxşılaşdırılması və yerli imkanların genişləndirilməsi, ərazinin abadaşdırılması, yaşıllaşdırılması, qəsəbə daxili yolların təmiri və əhaliyə daha keyfiyyətli xidmət təklif etmək potensialının yüksəldilməsinə xidmət etməkdir.