"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsində Qurban bayramı qeyd edilib

--2017-09-01 / 19:31

şirvan şəhər Hacıqəhrəmanlı Bələdiyyəsinin təşkilatçılığı ilə islam dünyasının möhtəşəm bayramlarından olan müqəddəs Qurban bayramı qeyd olunub. Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Samirə Abışova  bildirib.

Tədbirə qonaqlardan BMT-nin inkişaf proqramının Avropa ittifaqının maliyyə dəstəyi ilə keçirilən “Sosial xidmətlərin yaxşılaşdırılmasına  dəstək “ layihəsinin rəhbəri  Gülşən Rzayeva, layihənin qrup rəhbəri Vüsal Mirzəyev, layihə üzrə ekspertlər Emil Mirzəyev və Xanım şabanova, şirvan icra hakimiyyətinin nümayəndəsi Pünhan Mənsimov,  şirvan Regional ədliyyə idarəsinin  rəisi Nizami Hüseynov, QHT- nümayəndəsi əli Mirzəyev, şirvan bələdiyyəsinin nümayəndəsi Paşa Nəbiyev, şirvan DSMF-nin nümayəndəsi ilham əzizov  və qəsəbə sakinləri dəvət olunmuşdu.

Tədbiri giriş sözü ilə Hacıqəhrəmanlı Bələdiyyəsinin sədri Samirə Abışova açıq elan edib. ilk öncə qonaqları və qəsəbə sakinlərini müqəddəs qurban bayramı münasibətilə təbrik edib. Qəsəbə üçün “Sosial xidmətlərin yaxşılaşdırılmasına  dəstək “ pilot layihəsinin yekunu olaraq alınmış xeyi-şər mağarının qəsəbə üçün bir töhfə olduğunu vurğulayıb.

Çıxış edən bələdiyyə sədri qeyd  edib ki, bu  xeyir-şər mağarının istifadəsindən gələn gəlir əhalinin aztəminatlı ailələrinin sosial rifah halının yaxşılaşdımasına xidmət göstərəcəkdir. Qonaqlardan layihə rəhbəri Gülşən Mirzəyeva bu layihənin həyata keçirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Layihənin qrup rəhbəri Vüsal Mirzəyev şirvan şəhər  icra hakimiyətinin rəhbərliyinə layihənin keçirilməsini dəstəklədiyi üçün minnətdarlığını bildirib.

Hacıqəhrəmanlı bələdiyyəsi ilə birgə əməkdaşlığdan razı qaldığını qeyd edib. Layihənin təlim və tədris üzrə ekspert Xanım şabanova “Sosial xidmətlərin təşkilində bilik və bacarıqlarının artırılması”təlim vəsaitinin təqdimatını edib.

Qeyd edib ki, bu təlim vəsaiti Avropa ittifaqı və BMT-nin inkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolunun gücləndirilməsi”proqramı çərçivəsində “Yerli idarəetməyə yardım” ictimai birliyinin ekspertləri tərəfindən həyata keçirilən” Sosial xidmətlərin yaxşılaşdırılmasına dəstək” təşəbbəsü çərçivəsində cəlb olunmuş peşəkar təlimçilərlə əməkdaşlıq nəticəsində bütün maraqlı tərəflər (bələdiyyə, yerli icra orqanları, Dövlət Sosial Müdafiə Fondunun işçiləri vətəndaş cəmiyyəti təşkilatları müxtəlif işçi qrupları və.s.)üçün hazırlanmışdır.   şirvan Regonal ədliyyə idarəsinin rəisi Nizami Hüseynov qəsəbə sakinlərini bayram münasibətilə təbrik edib. Və qeyd etdi ki, belə sosial yönümlü layihələrin bələdiyyə büdcəsinin  formalaşmasında çox böyük əhəmiyyəti var. 12 saylı məktəbin direktoru Fikrət Səmədov, Respublikanın əməkdar müəllimi Hacıqəhrəmanlı  bələdiyyəsinin   üzvü Tahirov Həsənpaşa, qəsəbənin ağsaqqaları belə layihələrin gələcəkdədə davam etdirilməsini bildiriblər.

Tədbirin sonunda Hacıqəhrəmanlı Bələdiyyəsinin və şirvan Regional ədliyyə idarəsinin birgə təşkil etdiyi 2 ədəd qurbanlıq qoç kəsilərək qəsəbə ərazisində yaşayan 30-dan artıq  şəhid qaçqın və aztəminatlı  ailələrə paylanılıb.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR