sorğu
Belediyye.infoya daxil olan məlumata görə bu gün şirvan şəhər Hacıqəhrəmanlı sakinlərinə qəsəbə icra nümayəndəliyi və yerli bələdiyyə hesabat verib. Hesabat yığıncağında şirvan şəhər icra Hakimiyyətinin 1-ci müavini Samit Abıyev, yerli hüquq mühafizə orqanlarının məsul işçiləri və sakinlər iştirak edib.
Yığıncaqda şirvan şəhər icra Hakimiyyətinin Hacıqəhrəmanlı Qəsəbə icra nümayəndəliyinin rəhbəri Pünhan Mənsimov və Hacıqəhramanlı Bələdiyyəsinin sədri Samirə Abışovanın hesabatı dinlənilib.
Yığıncaqda mövcud problemlərdən danışılmış, sakinləri maraqlandıran suallar cavablandırılmış, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Belediyye.info