Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dayaq"Mentorluq proqramı çərçivəsində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində hazırlanmış "Səmərəli ünsiyyət" adlı təlimat kitabçasının təbliği məqsədilə şirvan şəhərində təlim keçirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın poblemləri və gender məsələləri üzrə baş məsləhətçisi Aytəkin Hacıyevanın, Qadın hüquqları üzrə ekspert Ruhəngiz Hüseynovanın, Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının layihə üzrə məsul şəxsi Fidan Qasımovanın təlimçiyi ilə keçirilən təlimdə şirvan şəhər bələdiyyəsinin qadın üzvləri, icra Hakimiyyəti, idarə və müəssisə və təşkilatlarda işləyən rəhbər qadınlar iştirak etmişdir.
Layihənin məqsədi qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etməkdir.
Belediyye.info
|
|
|
|
|
|
|