"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

şirvanda "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda təlim kursu kecirilib

--2018-01-30 / 17:14

şirvan regional ədliyyə idarəsinin inzibati binasında  şirvan regional ədliyyə idarəsinin yuridiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə üzvləri və qulluqcuları ücün Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) və  şirvan regional ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda təlim kursu kecirmişdir.

Bu barədə məlumatı şirvan regional ədliyyə idarəsi yayıb.

Həmçinin həmin təlimdə "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabının təqdimatı keçrilmişdir.

Təlimin proqramına uyğun olaraq, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin cəlb olunmuş eksperti Zöhrab Fərəcov və  proqram üzrə məsləhətçi Mehdi Abdullayev iştirakçıları mövzu barəsində ətraflı məlumatlandırdılar.

Sonda Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ) əməkdaşları təlimdə iştirak etmiş  bələdiyyə üzvləri və qulluqcularını maraqlandıran suallara geniş və əhatəli cavablar vermiş, təqdimatı keçrilmiş kitabın iştirakçılara paylanması təşkil olunmuşdur.

Belediyye.info

 

ŞƏRHLƏR